[b]"Lester"dən yeni transfer - FOTO[/b]
08.08.2017 - 18:44
[b]"Lester"dən yeni transfer - FOTO[/b]

İngiltərənin “Lester” klubu heyətinə yeni futbolçu qatıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “tülkülər” aşağı liqa təmsilçisi “Koventri”nin üzvü Corc Tomasla anlaşıblar.

 

20 yaşlı hücumçu yeni klubu ilə 3 illik sözləşməyə qol çəkib.

 

Qeyd edək ki, “Lester”in yeni transferi Uelsin U-20 yığmasının üzvüdü.