"Marsel" dünya çempionunu məşqçi gətirir
30.04.2015 - 19:46
"Marsel" dünya çempionunu məşqçi gətirir

“Marsel” klubunda baş məşqçi postuna Fransa yığmasının sabiq üzvü Patrik Vieyra gələ bilər. Apasport. az saytının məlumatına görə, eyniadlı şəhəri təmsil edən komandanın çempionatdakı ardıcıl məğlubiyyətləri hazırkı çalışdırıcı ilə bağlı narazılıqlara gətirib çıxarıb.

 

 

Vieyra isə hazırda “Mançester Siti”nin akademiyasında bacarıqlı futbolçuların yetişdirilməsində birbaşa iştirak edir. Fransalı dünya çempionu artıq  4 ildi ki, bu işlə məşğul olur. Ona edilən təklifləri isə dəyərləndirə biləcəyini  vurğulayıb.

 

 

Xatırladaq ki, Marselo Bielsanın rəhbərliyi altında “Marsel” liderlər qrupundan xeyli aralı düşüb. Çempionluq uğrunda mübarizə aparan komanda indi turnir cədvəlinin  5-ci pilləsində qərarlaşıb.