"Neftçi" – "Baltsan" oyununun biletləri satışa çıxarıldı
05.07.2016 - 14:50
"Neftçi" – "Baltsan" oyununun biletləri satışa çıxarıldı

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Baltsan” oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, biletləri 8-ci km stadionunun kassalarından əldə etmək mümkündür. 

 

Azarkeşlər oyunu izləmək üçün sektorlardan asılı olaraq, 1 və ya 3 manat ödəməlidi. VİP yerlərin biletlərinin qiyməti isə 10 manatdı.

 

Qeyd edək ki, iyulun 7-də 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Baltsan” oyunu saat 20:00-da başlayacaq.