"Qarabağ" - "Fiorentina": Fərqli məkanda
06.12.2016 - 18:31
"Qarabağ" - "Fiorentina": Fərqli məkanda

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ"- "Fiorentina" (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, sabah - dekabrın 7-də keçiriləcək tədbirlər fərqli məkanlarda təşkil ediləcək.

 

Suraxanı qəsəbə stadionunun mətbuat zalında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Konfrans saat 17:30-da başlayacaq. Çempionumuzun oyunöncəsi son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində bazada baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Fiorentina"nın son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. İtaliya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 19:30-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İtaliya klubunun son məşq və mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər üçün "Azərsun Arena"dan xüsusi avtobus ayrılacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı dekabrın 8-də saat 20:00-da start götürəcək.