"Real"ın futbolçusu İngiltərə yolunda
30.12.2015 - 13:28
"Real"ın futbolçusu İngiltərə yolunda

“Mançester Siti” qış “transfer pəncərəsi”ndə heyətini gücləndirməyi planlaşdırır. Apasport.az İspaniyanın sport.es saytına istinadən xəbər verir ki, “şəhərlilər”in diqqət mərkəzində olan ilk futbolçu Madrid “Real”ının üzvü İskodu.  

 

Mançester təmsilçisi 23 yaşlı futbolçuya görə 40 milyon avro xərcləməyə hazırdı. İskonun bu keçidə razılıq verəcəyi gözlənilir. Çünki o, daha çox oyun praktikası əldə etmək arzusundadı.  

 

Qeyd edək ki, “Valensiya”nın yetirməsi olan İsko 2013-cü ildən “Real”ın formasını geyinir.