AFFA rəhbərliyi milli komanda ilə görüşdü
31.01.2016 - 16:39
Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov futzal üzrə Azərbaycan milli komandası ilə görüşüb. Apasport.az saytının məlumatına görə, baş katib milli komandaya Avropa çempionatının final mərhələsində uğurlar arzulayıb.
Xatırladaq ki, futzal üzrə millimiz Avropa çempionatının final mərhələsinin D qrupunda fevralın 3-də İtaliya, fevralın 5-də isə Çexiya yığması ilə qarşılaşacaq.
Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Belqrad Arena” idman komleksində keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
(affa.az)
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0