AFFA rəsmisi UEFA-nın tədbirinə qatılacaq
16.09.2016 - 15:08
AFFA rəsmisi UEFA-nın tədbirinə qatılacaq

Maltanın Sent-Culians şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i” mövzusunda seminarı keçiriləcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 21-dən etibarən baş tutacaq tədbirdə UEFA-nın üzvlərindən əlavə, Avropa futbol təşkilatının dəvətilə digər Konfederasiyaların nümayəndələri (AFC, CONMEBOL, CONCACAF) də iştirak edəcəklər.

 

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Anar Kazımlının iştirak etdiyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:

 

Ötən lisenziyalaşdırma mövsümünün icmalı

- 2016-cı il üzrə Lisenziyalaşdırma üzrə qəbul olunmuş qərarlar və müvafiq nəticələr

- “3 illik üzvlük qaydası” və xüsusi icazənin tətbiq olunması

- UEFA-nın Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı

 

Lisenziyalaşdırma sisteminin və meyarların müzakirəsi

- FİFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarında baş verəcək dəyişikliklərin müzakirəsi

- Gələcək 2018-2021-cı il dövründə UEFA-nın yarışlarında tətbiq olunacaq dəyişikliklərin Lisenziyalaşdırma və Maliyyə Fair Play sisteminə potensial təsiri

- Qadın futbolunun inkişafında Lisenziyalaşdırma sisteminin vacibliyi

- Gənclər Futbolunun İnkişafı Proqramının qiymətləndirilməsi və Futbol Akademiyalarının inkişafı

- Klubların azarkeşlərlə əlaqələndirici şəxslərin fəaliyyəti ilə bağlı müzakirələr

- Klubların əlil azarkeşlərlə əlaqələndirici şəxslərin fəaliyyəti ilə bağlı müzakirələr

- Malta Futbol Assosiasiyası tərəfindən tətbiq olunan lisenziyalaşdırma sisteminin icmalı

Maliyyə Fair Play-i

- 2015-16-cı illər ərzində Maliyyə “Fair Play” üzrə klublarda aparılan monitorinqlər və onların nəticələri

- Klublara Maliyyə Nəzarəti Orqanının (Club Financial Control Body (CFCB) fəaliyyəti

UEFA-nın və federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər və müzakirələr.

 

Qeyd edək ki, seminar sentyabrın 23-də başa çatacaq.

0