Almaniya millisinin üzvü “Bavariya”dan ayrıldı
29.06.2015 - 01:03
“Bavariya”nın və Almaniya millisinin müdafiəçisi Holqer Badştuber klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, münhenlilər 26 yaşlı futbolçunu "Ştutqart"a 1 illik icarəyə verib.
Xatırladaq ki, “Bavariya”nın yetirməsi olan Badştuber 2009-cu ildən klubun əsas komandasında çıxış edir.
O, son mövsümdə münhenlilərin heyətində 16 oyunda meydana çıxaraq 1 qola imza atıb.
Badştuberin "Bavariya"yla 2017-ci ilin yayına kimi müqaviləsi var.
0
0