Almanlardan inanılmaz çempionluq vədi
31.03.2016 - 23:19
Almanlardan inanılmaz çempionluq vədi

Almaniya Futbol Federasiyası milli komandanın futbolçularına böyük mükafat vəd edib. Apasport.az saytının məlumatına görə, “bundestim” AVRO-2016-nın qalibi ola bilsə, federasiya rəhbərliyi oyunçulara demək olar ki, sərvət ödəyəcək.

 

Belə ki, əgər milli tarixində 4-cü dəfə qitə çempionu olsa, oyunçuların hər birinə 300 min  avro məbləğində mükafat veriləcək.

 

Qeyd edək ki, Almaniya millisi 1972, 1980, 1996-cı illərdə Avropa çempionatının qalibi olub.