21 yaşadək futbolçular arasında Avropa çempionatının bu gün keçirilən püşkü Azərbaycan yığmasının rəqiblərinin adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, millimizin 5-ci qrupdakı rəqibləri özəllikləri ilə diqqət çəkir.
Belə ki, Almaniya, İsrail, Norveç, İrlandiya və Kosovodan ibarət “beşlik”dən 4-ü ilə əvvəllər də qarşılaşmışıq. Yalnız Kosovo ilə rəsmi turnirlərdə ilk dəfə üz-üzə gələcəyik.
Əslində, bu ölkə Azərbaycan tərəfindən tanınmasa da, hələ 2016-cı ilin mayında AFFA rəsmən bəyan etmişdi ki, FİFA və UEFA-nın üzvü olan ölkə ilə rəqib olsaq, matçlar baş tutacaq.
Digər dörd ölkədən üçü ilə 4, biri ilə 2 dəfə qarşılaşmışıq. Onlar arasında olan Almaniya yığması ən amansız rəqibimizdi. AÇ-2006 və AÇ-2017-də qarşılaşdığımız Bundestim komandalarımıza xal verməyib. Bu matçlarda sevincimiz cəmi 1 qol olub.
İsrail və Norveçlə isə 4 matçda 1 qələbə və 3 məğlubiyyət yaşamışıq. Hər iki qələbə də əlamətdar olub. Skandinaviyalılara səfərdə 3:1 hesablı qələbə də, israillilərə Bakıda vurulan 3 cavabsız qol da bir sıra ilklərlə əlamətdar idi. İlk dəfə səfərdə 3 qol vurub və 2 top fərqilə qalib gəlmişik. Yeganə böyükhesablı qələbəmiz isə israillilər üzərində olub.
İrlandiya isə məşqçilər korpusunun səhlənkarlığı ilə yadda qalıb. Həmin vaxt seçmə mərhələyə düşmək üçün pley-pffda oynayan komandamız cəzalı futbolçunun meydana çıxması səbəbindən texniki məğlubiyyət alıb. Bakıdakı ilk oyunun nəticəsi ləğv edildikdən sonra Nazim Əliyevin yetirmələri üçün səfər matçında formallıqdan başqa heç nə qalmamışdı.
Almaniya – 4 oyun, 0 xal
08.10.2004. Azərbaycan – Almaniya - 0:2
02.09.2005. Almaniya – Azərbaycan - 2:0
08.09.2015. Azərbaycan – Almaniya – 0:3
13.11.2015. Almaniya – Azərbaycan – 3:1
İsrail – 4 oyun, 3 xal
15.11.1994. Azərbaycan – İsrail - 1:2
10.10.1995. İsrail – Azərbaycan - 4:0
08.09.2013. İsrail – Azərbaycan - 7:2
03.09.2014. Azərbaycan – İsrail - 3:0
İrlandiya – 2 oyun, 0 xal
11.05.2006. Azərbaycan – İrlandiya - -:+
18.05.2006. İrlandiya – Azərbaycan - 3:0
Norveç – 4 oyun, 3 xal
06.10.2011. Azərbaycan – Norveç - 0:2
01.06.2012. Norveç - Azərbaycan - 1:0
10.10.2013. Norveç – Azərbaycan - 1:3
01.06.2014. Azərbaycan – Norveç - 0:1
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı