Andrea Pirlo “Milan”dan şikayətləndi
15.11.2016 - 21:54
Andrea Pirlo “Milan”dan şikayətləndi

İtaliya futbolunun canlı əfsanəsi Andrea Pirlo maraqlı açıqlamalarla yadda qalıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerası ərzində “Real” və “Barselona” kimi klublarda çıxış etmədiyi üçün təəssüfləndiyini bildirib.

 

“Milan”da oynadığm 10 il ərzində bütün titulları qazanmışam. Biz Avropanın ən güclü komandalarından biri idik. “Real” və “Barselon”dan təklif alsam da, “Milan” məni buraxmadı. Hər bir futbolçu bu komandalarda çıxış etmək istəyər”.

Qeyd edək ki, “İnter”, “Milan” və “Yuventus”un sabiq futbolçusu hazırda ABŞ-ın “Nyu York Siti” klubunda çıxış edir.