Aqollinin komanda yoldaşından 5 illik müqavilə
05.10.2016 - 21:04
Albaniyalı futbolçu Elseido Xyusae “Napoli” ilə müqaviləsini yeniləyib. Apasport.az saytının məlumatına görə, müdafiəçi ilə 5 illik anlaşma imzalanıb.
Peşəkar karyerasına "Empoli"də başlayan 22 yaşlı oyunçu üç il bu komandanın şərəfini qoruduqdan sonra 2015-ci ildə "Napoli"yə transfer olunub.
O, indiyə kimi neapolluların heyətində 50 görüşdə meydana çıxıb.
Qeyd edək ki, Elseido “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin kapitanı olduğu Albaniya millisində də 20 görüş keçirib.
0
0