Argentina milli komandasının və “Mançester Siti”nin hücumçusu Serxio Aquero xəyalında olan rəmzi komandanı açıqlayıb. Apasport. az saytının məlumatına görə, ulduz futbolçu daha çox Madrid “Real”ında forma geyinmiş və hazırda karyerasını davam etdirən oyunçulara yer verib.
Bundan başqa, həmin siyahıda onun həmvətənliləri özlərinə mövqe tapıb. Lakin diqqətçəkən digər məqam 11-likdə Leonel Messi olması, ancaq portuqaliyalı Ronaldoya yer tapmamasıdı.
Beləliklə, simvolik heyət aşağıdakı kimidi:
Qapıçı: Oliver Kann (Almaniya)
Müdafiəçilər: Roberto Ayala (Argentina), Fernando Yerro, Serxio Ramos (hər ikisi İspaniya )
Yarımmüdafiəçilər: Roberto Karlos (Braziliya), Fernando Redondo (Argtentina) İnyesta, Xavi (hər ikisi İspaniya )
Hücumçular: Maradona, Messi (hər ikisi Argentina), Ronaldo (Braziliya).