Arda Turandan xəbər var
10.04.2017 - 22:27
Arda Turandan xəbər var

Son həftələrdə zədəsi səbəbindən “Barselona”nın oyunlarından kənarda qalan Arda Turan yenidən sıraya dönüb. Apasport.az saytının məlumatına görə, türk futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

 

Arda Çempionlar Liqasının 1/4 mərhələsi çərçivəsində “Yuventus”la qarşılaşacaq kataloniyalıların oyun üçün Turinə yollanmış heyətində də yer alıb.

 

Siyahıda aşağıdakı futbolçular yer alıb:

 

Andre ter Stegen, Silessen, Masit, Pike, Rakitiç, Serxio, Denis Suares, Arda, İnyesta, Luis Suares, Messi, Neymar, Maskerano, Pako Alkaser, Jordi Alba, Dinye, Serxi Roberto, Andre Qomeş, Aleyks Vidal, Umtiti, Metyu, Avelna, Karbonell

 

Qeyd edək ki, "Yuventus" - "Barselona" görüşü sabah keçiriləcək.