“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandadan ayrıla bilər. Apasport.az saytının İspaniyanın yüksək tirajlı AS qəzetinə istinadən məlumatına görə, argentinalı mütəxəssis ölkəsinin yığma komandasına keçməyə yaxındı.
Amerika Kubokunun finalındakı məğlubiyyətdən sonra Xerardo Martino ilə yollarını ayıran Argentina Futbol Assosiasiyası bu posta məhz Simeoneni gətirmək niyyətindədi. 46 yaşlı mütəxəssis özü də bu keçidin əleyhinə deyil. Simeone hətta bunun üçün “Atletiko”ya təzminat ödəmək məcburiyyətində də qalmayacaq. Çünki klubla müqavilədə yer alan bəndə görə, baş məşqçi Argentina yığmasından təklif alarsa, anlaşmanı ləğv edib, millinin “sükanı arxası”na keçə bilər. Hazırda bununla bağlı tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci idən “Atletiko”nu çalışdırır.