Argentinalı futbolçu cəzalandırıldı
18.05.2016 - 22:30
Argentinalı futbolçu cəzalandırıldı

İngiltərə Futbol Federasiyası "Mançester Siti"nin yarımmüdafiəçisi Martin Demiçelisi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçunun cəzalandırılmasına səbəb, federasiyanın mərc oyunlarıyla bağlı qaydalarını pozması olub.

 

35 yaşlı futbolçu mərc oyunlarında iştirak etdiyinə görə, 22 min 58 funt-sterlinq məbləğində cəzalandırılıb.

 

Xatırladaq ki, 2014/15 mövsümündən etibarən qüvvəyə minən qanuna əsasən, Premyer Liqada top qovan futbolçular futbol müsabiqələrinə pul qoyuluşu edə bilməzlər.