“Sevilya”nn argentinalı futbolçusu Ever Baneqa karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, A seriyasının 2 təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
Baneqaya ilk olaraq, “Milan” “elçi düşüb”. “Rossonyerlər” təcrübəli futbolçunu qış transfer dövründəcə heyətinə qatmaq arzusundadı. Ancaq bunun üçün “qırmızı-qaralar” rəqabətdən qalib ayrılmalıdı. Belə ki, Milanın digər təmsilçisi “İnter” də Baneqanın xidmətində maraqlıdı.
“Boka Xuniors”un yetirməsi olan Baneqa “Sevilya”ya ötən il “Valensiya”dan transfer olunub. O, Əndəlus klubunun heyətində bu vaxta qədər 65 oyunda 9 qola imza atıb.
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir