Argentina yığmasının "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində baş tutacaq Çili və Boliviya milliləri ilə oyunlar üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Xerardo Martino aşağıdakı futbolçulara dəvət yolayıb.
Qapıçılar: Serxio Romero ("Mançester Yunayted"), Nauel Qusman ("Tiqres"), Xeronimo Ruli ("Real Sosyedad").
Müdafiəçilər: Xavyer Pinola ("Rosario Sentral"), Fakundo Ronkalya ("Fiorentina"), Mateo Musakko ("Vilyarreal"), Markos Roxo ("Mançester Yunayted"), Ramiro Funes Mori ("Everton"), Qabriel Merkado, Lionel Vanoni (hər ikisi "River Pleyt"), Nikolas Otamendi, Martin Demiçelis, Pablo Sabaleta (hamısı "Mançester Siti").
Yarımmüdafiəçilər: Ever Baneqa ("Sevilya"), Xavyer Maskerano ("Barselona"), Lukas Biqliya ("Latsio"), Enso Peres ("Valensiya"), Nikolas Qaytan ("Benfika"), Erik Lamela ("Tottenhem"), Matias Kranevitter, Auqusto Fernandes (hər ikisi "Atletiko"), Anxel Di Mariya, Xavyer Pastore (hər ikisi "PSJ").
Hücumçular: Esekiel Lavessi ("Xebey Çayna Forçun"), Lionel Messi ("Barselona"), Paulo Dibala ("Yuventus"), Anxel Korrea ("Atletiko"), Qonzalo İquain ("Napoli"), Serxio Aquero ("Mançester Siti")
Qeyd edək ki, Karlos Teves və Ezekel Qarayın millidən kənarda qalması azarkeşlərin təəccübünə səbəb olub.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?