“Arsenal”ın baş məşqçisi Arsen Venger ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, fransız mütəxəssis İngiltərə Futbol Federasiyası tərəfindən 4 oyunluq cəzalandırılıb.
Buna səbəb təcrübəli çalışdırıcının yanvarın 22-də Premyer Liqanın 22-ci turunda “Arsenal” – “Bernli” (2:1) matçında elədiyi hərəkətlərdi. Belə ki, qarşılaşmanın son dəqiqələrində “topçular”ın qapısına təyin olunmuş penaltiyə çılğın şəkildə etiraz edən Venger matçın ehtiyat hakimini təhqir edib.
Bu səbəbdən meydandan uzaqlaşdırılan fransız onu texniki zonadan çıxarmaq istəyən hakimi də itələyib.
Qeyd edək ki, Arsen Venger 4 oyun cəza ilə yanaşı 25 min funt-sterlinq cərimə də ödəyəcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı