“Qalatasaray” “Şalke”dən ayrılan Roman Noystaderi heyətinə qatmaq istəyir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılar” hazırda Rusiya milli komandasının heyətində Avropa çempionatı üçün Fransada olan 28 yaşlı müdafiəçiyə illik 2.4 milyon avro ödəməyə hazırdı.
Noystadterin “Şalke”dən ayrılma səbəbi də çox maraqlıdır. Belə ki, Andre Brayterin Helzenkirhen klubuna baş məşqçi təyin olunmasından sonra klubda qalmaq istəməyən oyunçu bütün israrlara baxmayaraq yeni müqavilə imzalamayıb. Məşqçi ilə müdafiəçi arasındakı problemin səbəbi isə Romanın atası ilə bağlıdı. Bir zamanlar Braytnerin çalışdırdığı “Paderborn”da idman direktoru olan Peter Noystader məhz birinci tərəfindən işindən qovulmuşdu.
Bu hadisədən sonra Brayterlə işləmək istəməyən Roman hazırda azad agentdi və bir neçə klubun da diqqət mərkəzindədi.