AVRO-2020-nin loqosunun təqdimatı olacaq
16.09.2016 - 15:30
AVRO-2020-nin loqosunun təqdimatı olacaq

Sentyabrın 30-da AVRO-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Bakının loqosunun təqdimat mərasimi olacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbir Bakı Olimpiya stadionunda baş tutacaq.

 

Paytaxtımızda AVRO-2020-nin 4 oyunu keçiriləcək.

 

Qeyd edək, Bakıda qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu baş tutacaq.  

Mənbə: affa.az