Avropa çempionatının final mərhələsi 4 ölkədə keçirilə bilər. Apasport.az saytının məlumatına görə, şimal ölkələri AVRO-2024 və ya AVRO-2028-dən birinə ev sahibliyi etmək iddiasındadı.
Belə ki, Skandinaviya ölkələri – Norveç, İsveç, Finlandiya, həmçinin Danimarka birlikdə FİFA-nın Konqresi zamanı bu məsələni müzakirə edən şimallılar danışıqları yekunlaşdırdıqdan sonra UEFA-ya namizədliyi verəcək. Əvvəl AVRO-2024-ün keçirilməsinə iddia edəcək “dördlük” istəyinə çatmasa, AVRO-2028 üçün də mübarizə aparacaq.
AVRO-2024-ü təşkil edəcək ölkə 2018-ci ilin yayında müəyyənləşəcək. Lakin UEFA rəsmi namizədliklərin qəbulu və onun prinsipləri, yarışın bir yoxsa bir neçə ölkədə keçirilməsi ilə bağlı qaydaları açıqlamayıb. Amma şimallılara qədər Almaniya, Türkiyə, Macarıstan, İtaliya, İspaniya, Hollandiya, həmçinin bir neçə cütlük bu istəkdə olduğunu açıqlamışdı.