21 yaşadək futbolçulardan ibarət yığmaların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un meydan sahibi İtaliya istisna olmaqla, digər 54 yığma son 3 tsikldəki nəticələrinə əsasən cədvəldə yer alıb.
Cədvəldə final mərhələsi 2013 və 2015-ci ildə təşkil edilən turnirlərin həm seçmə, həm də həlledici raundları, AÇ-2017-nin isə təsnifat və pley-offu nəzərə alınıb. İlk turnirin nəticələrinin 20, digər ikisinin 40 faizi hesablanıb.
Üç yarışda da iştirak edən Azərbaycan millisinin hesabında 18 min 331 xal var. Yığmamız bu göstərici ilə cədvəldəki 54 yığma arasında 38-cidi. Siyahıdan kənar qalan İtaliyanın daha yüksək göstəriciyə malik olduğunu da nəzərə alsaq, onda komandamız Avropada 39-cudu.
1. Almaniya - 39036
2. Portuqaliya - 38379
3. İspaniya - 36869
4. İngiltərə - 36621
5. Danimarka -35590
6. Fransa - 34262
7. İsveç - 34259
8. Çexiya - 33690
9. Serbiya - 31060
10. Slovakiya - 31057
11. İsrail - 30787
12. Hollandiya - 30052
13. Avstriya - 29406
14. Xorvatiya - 28240
15. Belçika - 28237
16. Polşa - 28102
17. İsveçrə - 27882
18. Sloveniya - 27372
19. Ukrayna - 27372
20. Norveç - 26780
21. Rusiya - 26414
22. Türkiyə - 25926
23. Rumıniya - 25859
24. İslandiya - 25679
25. Yunanıstan - 25522
26. Monteneqro - 24791
27. Finlandiya - 24581
28. Uels - 23684
29. Bolqarıstan - 23309
30. Makedoniya - 23284
31. Gürcüstan - 22401
32. Macarıstan - 22349
33. İrlandiya - 22004
34. Şotlandiya - 21784
35. Moldova - 20696
36. Albaniya - 18584
37. Litva - 18411
38. Azərbaycan - 18331
39. Ermənistan - 18126
40. Bosniya və Herseqovina - 18056
41. Belarus - 17741
42. Qazaxıstan - 16826
43. Kipr - 16636
44. Latviya – 16516
45. Estoniya - 14498
46. Malta - 14331
47. Lüksemburq - 12878
48. Şimali İrlandiya - 12611
49. Farer adaları - 12113
50. San-Marino - 10740
51. Andorra - 10045
52. Lixtenşteyn - 8058
53-54. Cəbəllütariq - 0
Kosovo - 0