Avropanın ən yaxşısı türk oldu
30.12.2015 - 21:12
Avropanın ən yaxşısı türk oldu

Avropada ilin ən yaxşı gənc futbolçusunun kimliyi bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA-nın tvitter hesabında keçirilən səsvermədə “Bayer Leverkuzen”in və Türkiyə milli komandasının yarımmüdafiəçisi Hakan Çalhanoğlu qalib gəlib.

 

Sorğuda iştirak etmiş izləyicilərin 58%-nin səsini qazanmış 21 yaşlı futbolçu hamını qabaqlayıb.

 

Sonrakı pillədə isə "Barselona"nın üzvü Serji Roberto qərarlaşıb. Serji 19 faiz səs toplayıb.

 

Səslərin 17 faizinə yiyələnmiş "Yuventus"un üzvü Kinqsli Koman 3-cü, Leroy Sane (Şalke) isə 6 faiz səslə 4-cü olub.

 

Qeyd edək ki, bu mövsüm ümumilikdə 27 oyunda meydana çıxan Çalhanoğlu 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.