[b]AZAL-ın 560 gün gözlədiyi oyun[/b]
03.12.2016 - 12:37
[b]AZAL-ın 560 gün gözlədiyi oyun[/b]

Topaz Premyer Liqasının autsayderi AZAL-ın qələbə həsrəti sona çatıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 17 oyundu qalib gəlməyən bakılılar çempionatdakı uğursuzluğu kubokda unutdurub.

 

1/8 finalın “Rəvan”la qarşılaşmasında 4 cavabsız qol vuran AZAL sonuncu dəfə 216 gün öncə qalib gəlmişdi. Ötən mövsümün aprelin 30-da keçirilən qarşılaşmasında bakılılar “Xəzər Lənkəran”ı məğlub etmişdi – 1:0.

 

4 top fərqi ilə qalib gələn “təyyarəçilər”in belə yüksək “üçuş”u isə 560 gündən sonra qeydə alınıb. Söhbət 4 və ya daha çox top fərqli qələbədən gedir.

 

2015-ci il mayın 22-də “Simurq”u qəbul edən AZAL daha amansız olmuşdu. Həmin qarşılaşmada meydan sahibləri 5:0 hesablı qələbə əldə etmişdi.