AZAL 5 yeni futbolçu sifariş etdi
29.01.2016 - 18:33
Qış transfer fəaliyyətini başa çatdıran AZAL iştirak ərizəsini bu gün PFL-ə təqdim edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 5 yeni oyunçusunu sifariş edib.
Hacı Əhmədov, Mirzaga Hüseynpur, Adan Koronado və Eltun Hüseynovun ardından “təyyarəçilər”ə qoşulan Ziyabil Məmmədovun da adı quruma təqdim olunub. Mövsümün ilk yarısında “Kəpəz”də çıxış edən 25 yaşlı hücumçu bundan sonra AZAL-ın şərəfini qoruyacaq.
Qeyd edək ki, bu futbolçuların lisenziyaları da alınıb və onların "Qarabag"la oyunda meydançaya çıxması mümkündü.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0