Azarkeş millinin baş məşqçisi postuna namizəd oldu
02.07.2016 - 17:28
Azarkeş millinin baş məşqçisi postuna namizəd oldu

İngiltərə Futbol Assosiasiyası milli komandanın baş məşqçisi olmaq istəyən azarkeşin müraciətini cavablandırıb. Apasport.az saytının məlumatına görə, qurum İngiltərə yığmasının AÇ-2016-nın 1/8 final matçında İslandiyaya uduzduqdan sonra istefa verən Roy Hocsonun yerinə keçmək istəyən fanatı ümidləndirib.

 

Belə ki, istefadan sonra assosiasiyaya məktub ünvanlayan və baş məşqçi postuna namizədliyini təklif edən azarkeş qurumdan aldığı cavabı sosial şəbəkədə paylaşıb. Qurumun müraciətlərlə iş şöbəsinin rəhbərinin göndərdiyi cavabda müraciətə baxılacağı əks olunub: “Assosiasiya yeni baş məşqçinin axtarışı ilə bağlı işlərə başlayıb. Namizədliyiniz üçün sizə təşəkkür edirik. Sizin müraciətinizə baxmaq üçün də vaxt tapacağıq”.