Azərbaycan – Almaniya oyununun vaxtı dəqiqləşdi
16.03.2016 - 10:40
Azərbaycan – Almaniya oyununun vaxtı dəqiqləşdi

19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin AVRO-2016-nın elit mərhələsindəki oyunların vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, I qrupda mübarizə aparacaq yığmamızın keçirəcəyi matçların başlama saatı dəqiqləşib.

 

Aprelin 5-də Polşa ilə keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüş İrlandiya paytaxtı Dublinin “Karlaysl” stadionunda baş tutacaq.

 

İki gün sonra İrlandiya ilə matç isə saat 23:30-da başlayacaq. Oyun Dublinin “Tallayt” stadionunda keçiriləcək.

 

Almaniya ilə aprelin 10-da baş tutacaq matç saat 18:00-da start götürəcək. Bu qarşılaşma Dublindəki “Riçmond Park”da oynanılacaq.