Azərbaycan çempionları eyni komandada
28.01.2016 - 18:43
Bakının “İnter” klubunun sabiq futbolçuları bir araya gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ilə Azərbaycan çempionluğu yaşayan Georgi Vladimirov və Petar Zlatinov Bolqarıstanın aşağı dəstə klubu “Kariana”nın uğurları üçün çalışacaq.
Belə ki, Erden təmsilçisinin baş məşqçisi kimi fəaliyyət göstərən Vladimirov sabiq komanda yoldaşını da yanına aparıb. Təcrübəli futbolçuya ehtiyacı olan gənc mütəxəssis Petarın xidmətlərindən yararlanmağı vacib sayıb.
Qeyd edək ki, bolqarıstanlı cütlük 2007/08 mövsümündə Azərbaycan çempionu titulunu qazanıblar.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0