Azərbaycan çempionu üçün püşkün tarixi müəyyənləşdi
12.04.2016 - 18:23
Azərbaycan çempionu üçün püşkün tarixi müəyyənləşdi

Futzal üzrə UEFA kubokunun 2016/17 mövsümünün püşkatmasının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, öz ölkəsinin çempionu olan klubların yarışının püşkü iyulun 7-də atılacaq.

 

İsveçrənin Nyon şəhərində təsnifat və seçmə mərhələlərinin qrupları müəyyənləşəcək. Tədbirdə Azərbaycan çempionunun yer alacağı qrupun komandaları da bəlli olacaq.

 

Qeyd edək ki, başa çatmaqda olan cari mövsümdə Azərbaycan təmsilçisi UEFA kubokunda mübarizə aparmayıb.