Azərbaycan millisinin futbolçusu “Simurq”da
30.07.2014 - 11:07
Azərbaycan millisinin futbolçusu “Simurq”da

Azərbaycan milli komandasının futbolçusu Əli Gökdəmir karyerasını ölkəmizdə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi Zaqatalanın “Simurq” klubuna keçib.

 

2010-cu ildən Almaniyanın “Hannover” klubunda çıxış edən milliləşən legionerimizin vətənindəki karyerası başa çatıb. Klubun əsas komandasına düşməkdə çətinlik çəkən Gökdəmir son yarım ili Türkiyədə keçirib. İcarə əsasında “Elazığspor”da oynayan futbolçu Superliqada 3 oyun keçirib.

0