[b]Azərbaycan prezidenti Avropa çempionatının keçirilməsinə 2 milyon manat ayırıb[/b]
23.02.2016 - 09:00
Azərbaycan prezidenti İlham Əliyev 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, qitə birinciliyinin final mərhələsinin ölkəmizdə keçirilməsini təmin etmək məqsədilə Prezidentin Ehtiyat Fondundan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0