Azərbaycan yığmasına Almaniyadan futbolçu çağırıldı
19.05.2016 - 15:41
Azərbaycan yığmasına Almaniyadan futbolçu çağırıldı

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması mayın 22-dən 27-nə qədər təlim-məşq toplanışı keçəcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Milli Komandaların Məşq Mərkəzində baş tutacaq.

 

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Elvira Əsgərzadə (“Lənkəran”), Samirə Vəliyeva (“Neftçi” İKİB), Nərgiz Əliyeva (“Mingəçevir”), Vüsalə Seyfətdinova, Firəngiz Əzizova (hər ikisi “Şəki”), Nino Qurqenidze, İlahə Nuriyeva, Cəmilə Hüseynova, Salome Qasviani (hamısı “Zaqatala”), Nərmin Əhmədli, Aytac Neymətova, Aynur Zeynalova, Ayşən Əhmədova, Həqiqət Qasımova (hamısı “Təhsil”), Anna Abulaşvili, Lamiyə Qurbanova (hər ikisi “Qax”), Ləman Niftəliyeva, Minarə Gözəlova (hər ikisi “Fidan”), Pınar Çeri Kayseri (“Gənclərbirliyi”, Türkiyə), Rövşanə Sərdərlı (“İmişli”), Aydın Nagihan (“Ayntraxt”, Almaniya), Aliyə Hüseynli, Səfiyeva Rəvanə (hər ikisi “Sumqayıt”), Sevinc Fəttazadə (“Neftçi” PFK), Sona Rəhimova (“Vətən”).