Azərbaycan yığmasında 20 futbolçu
11.12.2015 - 10:31
Azərbaycan yığmasında 20 futbolçu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi dekabrın 13-dən 18-ə qədər davam edəcək.

 

Toplanışa Bakıda baş tutacaq. Hazırlıqda 20 futbolçu iştirak edəcək: Əzizova Firəngiz (Şəki), Əsgərzadə Elvira (Lənkəran), Vəliyeva Samirə (Neftçi İKİB), Qasviani Salome (Zaqatala), Qasımova Həqiqət (Təhsil, Bakı), Hüseynova Cəmilə (Zaqatala), Əhmədova Ayşən (Təhsil, Bakı), Zeynalova Aynur (Təhsil, Bakı), Gözəlova Minarə (Təhsil, Bakı), Qurbanova Lamiyə (Qax), Sərdarlı Rövşanə (İmişli), Nuriyeva İlahə (Zaqatala), Seyfətdinova Vüsalə (Şəki), Səfiyeva Rəvanə (Sumqayıt), Qurqenidze Nino (Zaqatala), Əliyeva Zülfiyyə (Mingəçevir), Neymətova Aytac (Təhsil, Bakı), Əliyeva Ümnisə (Fidan), Əhmədli Nərmin (Təhsil, Bakı), Fəttahzadə Sevinc (Neftçi).