Azərbaycanlı futbolçular Mirabdulla Abbasov və Orxan Qurbanlının formasını geyindiyi “Dauqava” klubu Latviya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komanda yüksək liqanın VII turunda “Liepaya”nı qəbul edib.
Qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə 2, fasilədən sonra isə 1 qol vuran “Liepaya” 3:0 hesablı qələbə qazanıb. Start heyətində meydana çıxan Mirabdulla 86-cı dəqiqədə əvəzlənib. Ehtiyatda başlayan Orxan isə 59-cu dəqiqədə komanda yoldaşını əvəz edib.
Qeyd edək ki, 7 turdan sonra aktivində cəmi 3 xal olan “Dauqava” turnir cədvəlinin sonuncu – 8-ci pilləsində qərarlaşıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı