Balotelli “dəcəlliyindən” qalmır - FOTO
15.04.2016 - 21:32
Balotelli “dəcəlliyindən” qalmır - FOTO

“Milan”ın hücumçusu Mario Balotelli çılğınlıqlarından qalmır. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, “rassionerlər”in yeni baş məşqçisi Kristian Brokkinin məşq metodu Marionun “xoşuna gəlməyib”.

 

Belə ki, yeni çalışdırıcının oyunçuların məşq zamanı durduqları vəziyyətləri müşahidə etmək üçün hazırlıqlarda pilotsuz kamera qoşulmuş drondan istifadə etməsi onu özündən çıxarıb.

 

“Dəcəllik” etmək istəyən hücumçu topla uçan obyekti vurmağa çalışıb. Bir neçə dəfə cəhd edən oyunçunun zərbələrindən biri dronun lap yaxınlığından keçib.

0