Balotelli cəzalandırıldı
06.01.2017 - 01:10
Balotelli cəzalandırıldı

Fransa Futbol Federasiyasının Nizam İntizam Komitəsi Mario Balotellini iki oyunluq cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb “Nitsa”nın futbolçusunun Liqa 1-in XIX turunda “Bordo” ilə oyunda (0:0) aldığı qırmızı vərəqədir.

 

Belə ki, sözügedən matçın gedişində rəqib oyunçu İqor Levçuka qarşı kobud oynayan italiyalı meydandan qovulmuşdu. Bu isə ona iki oyun bahasına başa gəlib.

 

Qeyd edək ki, həmin qarşılaşmada “qırmızı” alan digər “Nitsa”lı Yunus Belhanda isə canını bir oyunluq cəza ilə qurtara bilib.