Futzal üzrə milli komandamız beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, turnir Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
Noyabrın 30-da başlayacaq yarış dekabrın 3-də yekunlaşacaq. Bu turnirdə millimiz və meydan sahibi Özbəkistandan başqa, Qazaxıstan da iştirak edəcək. 4-cü komandanın isə Avropa millisi olması güman edilir.
Qeyd edək ki, turnir martın 17-dən 22-dək Bakıda keçiriləcək Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyır. Joze Alesionun Qazaxıstana qaçmasından sonra hazırda başsız qalan millimizi turnirə kimin aparacağı hələ bəlli deyil.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi