Belçikalı futbolçu Çinə getməkdən imtina etdi
03.01.2017 - 01:17
Belçikalı futbolçu Çinə getməkdən imtina etdi

Belçikalı futbolçu Kristian Benteke sərfəli təklifdən imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə “Daily Mail” nəşri xəbər yayıb.

 

Bildirilib ki, “Beyjinq Qoan” hücumçu üçün 40 milyon funt dəyərində təklif irəli sürüb, ancaq oyunçu İngiltərədə qalmağı üstün tutub.

 

26 yaşlı forvard Londonda özünü yaxşı hiss etdiyini və Sem Ellerdaysın rəhbərliyi altında “Kristal Pelas”da formasını bərpa etmək istədiyini deyib.