Belçikalı futbolçunun qanında kokain tapıldı
29.01.2016 - 22:19
Belçikalı futbolçunun qanında kokain tapıldı

Belçika Pro Liqa klublarından “Mexelen”in futbolçusu Yoahim Van Damm ciddi cəzaya məruz qala bilər. Apasport.az saytının məlumatına görə, yanvarın 16-da baş tutan “Vesterloo” ilə oyunda sonra dopinq testinə girən yarımmüdafiəçinin qanında kokoinə rast gəlinib.

 

Yerli mətbuat iddia edir ki, buna görə, oyunçu 2 ilə qədər futboldan uzaqlaşdırıla bilər. Onun haqqında son qərarın isə gələn həftənin çərşənbə axşamı günü veriləcəyi gözlənilir.