Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu Almaniyaya 4:0 hesabı ilə məğlub olduqları matçdan sonra açıqlama verib. Apasport.az saytının məlumatına görə, Bentu oyunun taleyinin birinci hissənin ortalarında həll olunduğunu bildirib.
Baş məşqçi Pepyə qırmızı vərəqə göstərilməsini səhv adlandırıb və Kriştiano Ronaldonun oyununu dəyərləndirib: “Oyun ilk 25 dəqiqədə başa çatdı. Almaniya matça nəzarət edirdi. Təəssüflər olsun ki, fərdi qaydada və hər bir qolda çox səhvə yol verdik. Pepenin qırmızı vərəqə aldığı epizodda hakim kobud səhv etdi və vəziyyəti ümumilikdə səhv dəyərləndirdi. Pepenin reputasiyası? Məncə iş bunda deyil. Penalti və qırmızı vərəqə səhv idi. Biz buna cavab verə bilmədik. Ronaldo yaxşı fiziki vəziyyətdə idi. Hər halda, bu hesabda hakim daha çox günahkardır”.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?