Azərbaycan millisi tarix yazıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə Bakıdakı matçında 2:0 hesabı ilə qalib gələn yığmamız bir neçə rekorda imza atıb.
Bundan başqa, baş məşqçi Berrti Foqtsun yetirmələri bir neçə rekordunda astanasınadək irəliləyib.
Foqtsla yazılan tarixin səhifələri
1. Millimiz tarixində ilk dəfə seçmə mərhələdə 8 xal topladı. Avro-2012-nin seçmə oyunlarında toplanılan 7 xallıq rekord arxada qaldı. Ümumiyyətlə, seçmə mərhələlərdəki 3 ən yaxşı nəticəmizin hamısı Foqtsun dövründə əldə olunub.
2. Yığmamız seçmə mərhələdə cəmi 3 dəfə uduzdu. Bu qədər az məğlubiyyət isə yeni rekorddur. Millimiz hətta Rusiya ilə son oyunda uduzsa da, Avro-2004-də alınan 6 yenilgidən daha yaxşı nəticə göstərəcək.
3. 9 oyunda cəmi 10 qol buraxan komandamız DÇ-2010-da əldə olunan rekordu yeniləmək üzrədir. Həmin vaxt 14 qol buraxana komandamızın bu rekordu kölgədə qoymasına Rusiyanın Bakıda 5 qol vurması əngəl ola bilər. Bu isə inandırıcı deyil.
4. Millimiz seçmə mərhələni ən yaxşı halda “-10” top fərqi ilə bitirib. İndi isə bu rəqəm “-4”ə bərabərdir. Rekordumuza Rusiyanın fantastik hesabla – 7 top fərqi ilə qalib gəlmədi mane ola bilər.
5. Komandamız tarixində heç vaxt 2 komandanı arxada qoymağı, 4-cü olmağı bacarmayıb. Lakin indi 4-cü olan millimiz buna çox yaxındır. Bu rekord isə son turda rəsmiləşəcək. Bunun gerçəkləşməməyi üçün yığmamız Rusiyaya uduzmalı, Lüksemburq və Şimali İrlandiyadan biri isə güclü rəqibinə qalib gəlməlidir.
Berti Foqtsla rəsmiləşən rekordlar
11.10.2013 - 23:27
0
0