[b]Beylin futbola qayıdacağı vaxt açıqlandı[/b]
01.12.2016 - 13:27
“Real”ın hücumçusu Qaret Beyl əməliyyat olunub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli futbolçunun nə zaman yaşıl meydanlara qayıdacağı da açıqlanıb.
27 yaşlı ulduz futbolçunun əvvəlcə 2 aylıq sıradan çıxacağı bildirilirdi. Lakin əməliyyatdan sonra həkimlər onun apreldən tez məşqlərə başlamayacağını söyləyiblər.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”lə keçirilən qarşılaşmada dabanından zədələnən Qaret Beyl Londonda əməliyyat olunub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0