Beylin transfer qiyməti açıqlandı
05.01.2016 - 16:50
Beylin transfer qiyməti açıqlandı

Madrid “Real”ının uelsli futbolçusu Qaret Beyl komandasını dəyişə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin “Mançester Yunayted”ə keçmək ehtimalı artıb.

 

Məsələ burasındadı ki, Rafael Benitesin “Real”ın baş məşqçisi postundan istefaya göndərilməsi Beyli razı salmayıb. Təcrübəli futbolçunun buna narazılığını bildirməsi “mankunianlar”ı hərəkətə gətirib. “Mançester Yunayted” rəhbərliyi Beyllə danışıqları gücləndirib.

 

“Kral klubu” Beyli ingilislərə satmağa razıdı. “Real” sözügedən futbolçunun transfer qiymətini də açıqlayıb. Beyli heyətinə qatmaq istəyirsə, “Mançester Yunayted” 150 milyon funt-sterlinqindən keçməlidi. İngilislərin bu məbləğə razı olacaqları inandırıcı görünmür.

 

Qeyd edək ki, Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən transfer olunub. O, hazırkı komandasının heyətində ümumilikdə 107 oyunda 48 qola imza atıb.