Bezotosnı 400-ü arxada qoydu
15.08.2016 - 10:43
Bezotosnı 400-ü arxada qoydu

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Topaz Prenyer Liqasında ardıcıl 4-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, II turun “İnter”lə qarşılaşmasında (0:0) qol buraxmayan ukraynalı qolkiper mövsümün ilk turunun “Kəpəz”lə matçında (2:0) da qapısını toxunulmaz saxlamışdı.

 

İlk iki turdan sonra qol buraxmayan yeganə komanda olan “Qəbələ”nin qapıçısı ötən mövsümün son iki turunda da qapısını etibarlı qorumuşdu. O, AZAL (2:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda qol buraxmamışdı.

 

Bezotosnı sonuncu dəfə mayın 11-də qapısında qol görüb. “Qarabağ”la görüşdə Dani Kintananın dubluna üzülən əlcək sahibi artıq 96 gündü quru seriyaya imza atır. Kintananın 2-ci qolu 32-ci dəqiqədə vurduğunu nəzərə alsaq, Dmitri 418 dəqiqəlik seriyaya malikdi.