Bir illik gəlmişdi, altı ayda qovuldu
05.01.2017 - 23:06
Bir illik gəlmişdi, altı ayda qovuldu

İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem” yayda “Yuventus”dan icarəyə götürdüyü Simone Zazanı geri göndərib. Apasport.az saytının məlumatına görə, bu barədə “çəkicdöyənlər”in tvitter səhifəsi xəbər yayıb.

 

25 yaşlı futbolçu London klubunun heyətində 11 oyun keçirib.

 

İtaliya millisinin də üzvü olan Zaza yayda 5 milyon avro qarşılığında bir illik icarəyə götürülmüşdü. Ancaq mövsümün ilk yarısında sərgilədiyi oyunla ümidləri doğrultmayan hücumçu icarə müddətinin başa çatmasına 6 ay qalmış geri qaytarılıb.