Blatter bir daha futbola qayıtmayacaq
09.03.2016 - 00:05
Blatter bir daha futbola qayıtmayacaq

FİFA-nın keçmiş prezidenti Yozef Blatter bir daha futbolla əlaqəli işdə çalışmayacağını deyib. Apasport.az saytının məlumatına görə, “France Football” nəşrinə açıqlama verən keçmiş futbol funksioneri bir gündə hər şeyi unutmağın mümkün olmadığını, ancaq bu sahəyə qayıtmayacağını deyib.

 

“Mən bir də futbol sahəsində çalışmayacam. Doğrudur, həyatının 41 ilini verdiyin işdən bir gündə uzaqlaşmaq olmaz. Mən də futbola baxacam, izləyəcəm və gələcək başqa təklifləri dəyərləndirəcəm” – deyə o, bildirib.

 

Qeyd edək ki, FİFA-dakı korrupsiya ilə əlaqədar olaraq, 8 illik futboldan uzaqlaşdırılma cəzasına məruz qalan Blatterin appelyasiya şikayətindən sonra cəzası 6 ilə endirilmişdi.