[b]”Zirə”nin futbolçusu milli komandaya çağırıldı [/b]
09.03.2016 - 09:49
[b]”Zirə”nin futbolçusu milli komandaya çağırıldı [/b]

”Zirə”nin futbolçusu Nelson Bonilla Salvador millisinə dəvət olunub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının bombardirlərindən biri olan mərkəzi amerikalı qarşıdakı seçmə oyunlarında yığmasına kömək etməlidi.

 

Salvadorlular martın 25-də və 29-da Honduras millisi ilə üz-üzə gələcək. “Zirə”yə bununla bağlı rəsmi məktub ünvanlayan amerikalılar hücumçunun vacib qarşılaşmalarda onlara kömək edəcəyinə ümid edir.

 

Lakin Nelsonun yığmadakı oyunları onun klubundakı çıxışına mane olacaq. Belə ki, futbolçu martın 30-da baş tutacaq Topaz Premyer Liqasının XXVII turunu buraxmaq məcburiyyətində qalacaq. Həmin gün “Zirə” “Kəpəz”in qonağı olacaq. Bir gen öncə yığmada oynamış futbolçunun bu matça çatacağı mümkünsüz görünür.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin Hondurasla martın 25-dəki ilk oyununu evdə keçirəcək salvadorlular 4 gün sonra səfərdə meydana çıxacaq.