[b]BOS ulduzları bir araya gətirir [/b]
27.10.2016 - 14:43
[b]BOS ulduzları bir araya gətirir [/b]

Bakı Olimpiya Stadionunda (BOS) Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert təşkil olunacaq. Apasport.az saytı xəbər verir ki, konsert BOS-un təşkilatı ilə 31 dekabr tarixində baş tutacaq.

 

Konsert proqramında yerli ulduzlar olan Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

 

Stadionun əsas meydançada təşkil olunan konsert proqramı Yeni ilə geriyə-sayım, bayram salütu və diskoteka ilə davam olunacaq. Şənliklərlə birgə əsl bayram əhval-ruhiyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

 

Biletlərin satışı gələn həftə başlayır. Qiyməti 9 AZN-di.

 

Konsert proqramının başlanması saat 20:00 üçün nəzərdə tutulub.