Braziliyalı futbolçu İspaniya vətəndaşı olur
23.02.2016 - 21:27
“Barselona”nın futbolçusu Neymar ispan vətəndaşlığı almaq istəyir. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, braziliyalı futbolçu ikili vətəndaşlıq üçün müraciət etməyə hazırlaşır.
İspaniya qanunlarına görə, 3 il bu ölkədə yaşayan adam vətəndaşlıq ala bilər. Əgər Braziliya millisinin 24 yaşlı kapitanın bu istəyi alınsa, artıq legioner sayılmayacaq.
Qeyd edək ki, Neymar 2013-cü ildə “Santos”dan “Barselona”ya transfer olunub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0